Digər
Virtualaz.org
Milli.Az
Dəhşətli qəzada piyadanın bədəni bir neçə yerə parçalandı
Ötən gecə Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Virtualaz.org
saytı xəbər verir ki, qəza Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Hacıqabulun Muğan kənd sakini, 1941-ci ildə anadan olmuş
Quliyeva Minayə Şıxı qızını vurub. 74 yaşlı piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Zərbənin təsirindən onun cəsədi hissələrə bölünüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində və Hacıqabul Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Piyadanı vuraraq hadisə yerindən qaçmış avtomaşının axtarışlarına başlanılıb.
Milli.Az