Digər

DƏHŞƏT: Bakıda ana iki yaşlı qızını dənizə atdı

Metbuat.az
Aprelin 16-da dənizdən meyiti tapınlan uşağın kimliyi və anası tərəfindən öldürüldüyü müəyyən olunub
 Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, aprelin 16-da, saat 08:30 radələrində 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Mirzəyeva öz qızı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyeva ilə evdən gedib.
 
Bu barədə aprelin 17-də Şağan qəsəbəsi, Əzizbəyov küçəsində yaşayan Sevda Mirzəyeva polis bölməsinə məlumat verib. O bildirib ki, G.Məmmədova onun qardaşı yoldaşıdır və onlarla birgə yaşayır.
 
G.Məmmədova aprelin 17-si, saat 03 radələrində evə qayıdaraq deyib ki, Cəmiləni Səbail rayonunda dənizə ataraq öldürüb.
 
G.Məmmədova Ruhi Əsəb Dispanserinə yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az