Ölkə

“Dayaq-hərəkət sistemi xəstəliklərinin müasir cərrahi və reabilitasion müalicəsi” mövzusunda beynəlxalq konfrans

Metbuat.az

Bakı, 10 aprel, Elvira Məmmədova,

AZƏRTAC

Aprelin 10-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Dayaq-hərəkət sistemi xəstəliklərinin müasir cərrahi və reabilitasion müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.


AZƏRTAC

xəbər verir ki, Türkiyənin tanınmış tibb mütəxəssislərin iştirak etdikləri tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov dayaq-hərəkət sisteminin ölkəmizdə müayinə və müalicəsi üçün yüksək ixtisaslı tibb mütəxəssislərinə ehtiyac olduğunu bildirib. Akademik qeyd edib ki, konfransın keçirilməsinin məqsədi bu sahə üzrə yüksək səviyyədə inkişaf etmiş Türkiyə təcrübəsindən faydalanmaq, birgə fikir mübadiləsi aparmaqdır.


Daha sonra konfransın işi elmi məruzələrlə davam edib.