Ölkə

Daxili orqanında heroin keçirmək istəyən yaxalanıb

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

 


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, yoxlama zamanı M.Əzizovun daxili orqanından 2 ədəd bükümdə ümumi çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.


Fakt üzrə təhqiqat aparılır.