Davudoğlunu bu qız qorudu (FOTO)
Türkiyə baş naziri Əhməd Davudoğlu Çankaya Köşkündə TRT Beynəlxalq Uşaq Şənliyinə qatılan uşaqları qəbul edib.
ANS PRESS-in məlumatına görə, uşaqlarla söhbət edən Davudoğlunu bu dəfə öz mühafizəçisi deyil, balaca bir qızcığaz müşayət edib. Sonradan məlum olub ki, Ece Turhan adlı balaca qız atasının yerinə bir günlük mühafizə xidmətini yerinə yetirib.
Davudoğlu uşaqların məsum, sülhün və gözəlliyin simvolu olduğunu ifadə edib. O bildirib ki, uşaqlar hər zaman sülh, qardaşlıq və dostluq üçün yaşamalıdırlar.
"Bu salonlar çox qonaq qəbul edib. Çox dövlət başçıları hökumət başçıları gördü. Amma əmin olun ki, ən böyük xoşbəxtlik verən, ən şərəfli qonaqlarımız sizlər oldunuz", - deyə baş nazir bildirib.
Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Çankaya Köşkündə 25 fəqli ölkədən olan uşaqları qəbul edib.
ANS PRESS