Dünya

Davudoğlu vəzifəsindən gedəcək, əgər...

Metbuat.az

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunda keçiriləcək parlament seçkilərində məğlub olacağı təqdirdə, Baş nazir

Əhməd Davudoğlu

istefaya verməyə hazırdır.



Trend

-in məlumatına görə, bunu Ə.Davudoğlu özü NTV-yə müsahibəsində bildirib.



Baş nazirin sözlərinə görə, vəzifə onun üçün xüsusi əhəmiyyət daşımır, amma o əmindir ki, seçkilərdə məhz hakim partiya qalib gələcək.



Qeyd edək ki, bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 53 765 231 seçici Türkiyə Böyük Millət Məclisinə (TBMM) öz nümayəndələrini seçəcək. Seçkilərdə 31 partiya iştirak edəcək.



Milli.Az