Dünya

Daşqınlar nəticəsində 150 nəfər itkin düşdü

Metbuat.az

Çilinin şimalında daşqınlar nəticəsində itkin düşənlərin sayə 150-yə çatıb. APA-nın “Frans Pres”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 26 nəfər ölüb.

Daşqınlar nəticəsində 30 minədək çilili ziyan çəkib. Təhsil müəssisələrində yaradılan müvəqqəti sığınacaqlarda 2 500-dən çox sakin məskunlaşıb.

Məlumata görə, bundan əvvəl analoji fəlakət Çilidə 80 il əvvəl yaşanıb.