Ölkə
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
“Dalniy Vostok” gəmisində xilas olunanalar arasında dörd azərbaycanlı var
Moskva, 2 aprel,
AZƏRTACAzərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, aprelin 2-nə keçən gecə Oxot dənizində qəzaya uğramış “Dalniy Vostok” gəmisinin heyəti arasında azərbaycanlılar da vardır.
Saxalin FHN-dən səfirliyə verilən məlumata görə, xilas edilənlərdən dörd nəfəri azərbaycanlıdır. Onlar Sadıqov İmadəddin Hidayət oğlu (1969-cü il təvəllüdlü), Talıbov Mailağa Ulduz oğlu (1964), Əliyev Yaşar Sərdan oğlu (1975) və Əliyev Elman Sərdan oğludur (1964). Səfərov Məhəmməd Səfər oğlu (1964), Məhərrəmov Muradəli Qurban oğlu (1987) və Şakirov Fazil Hilal oğlunun (1959) taleyi barədə hələlik məlumat yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva