Dünya

"Dalniy Vostok"da yaralananlardan xəbər var

Metbuat.az
Müalicə alanlardan 10-u rusiyalı, biri isə əcnəbidir

Aprelin ikisində Oxot dənizində batmış "Dalniy Vostok" balıqçı gəmisində yaralananların vəziyyəti qənaətbəxşdir.



Anspress

-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yaralıların əksəriyyəti gələn həftə xəstəxanadan buraxılacaqlar.



"Vilayət tibb müəssisələrində 10 rusiyalı müalicə alır. Onların vəziyyəti qənətbəxşdir. Bir əcnəbi vətəndaş isə Cənubi Saxalin xəstəxanasındadır. Dənizçilərin yerləşdirildiyi mehmanxanalarda da 24 saat tibb işçiləri növbə çəkir".



"Dalniy Vostok" qəzaya uğrayan zaman göyərtəsində 132 nəfər olub. Qəza nəticəsində 57 nəfər ölüb, 12 nəfər itkin hesab edilir.



Heyət arasında 7 azərbaycanlı da olub. Səfərov Maqomed Səfər oğlu (matros) - 18.02.1964,


Talıbov Mailağa Ulduç oğlu (dördüncü mexanik) - 28.12.1964, Məhərrəmov Muradəli Qurban oğlu (motorçu) - 09.04.1987, Əliyev Elman Sardan oğlu (usta) - 17.10.1964, Şəkərov Fazil Hilal oğlu (matros) - 23.10.1959, Əliyev Yaşar Sardan oğlu (matros) - 13.03.1975, Sadiqov İmaməddin Hidayət oğlu (matros) - 23.02.1969.



Onlardan dördü xilas olsa da, 3 nəfər həyatını itirib.



Qəzanın dəqiq səbəbi bilinmir. Tədqiqatçılar bir neçə versiya üzərində işləyirlər.



Milli.Az