Ölkə

Daha bir maşın yandı

Metbuat.az

Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin  mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.