Ölkə
Dağlıq Qarabağda erməni əsgəri öldürülüb
[ 08 Aprel 2015 14:37 ]
Bakı - APA. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - Dağlıq Qarabağda erməni əsgəri öldürülüb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dağlıq Qarabağ separatçı rejiminin “Müdafiə Nazirliyi” məlumat yayıb.
Məlumatda insidentin aprelin 7-də saat 17.15-də baş verdiyi bildirilib. Ölən əsgər 20 yaşlı Levon Muşeqoviç Mirzoyandır.