Dünya

​Dağıstanda Rusiyanın dəniz piyadaları təlimi keçirir

Metbuat.az

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın

Müdafiə Nazirliyi

məlumat yayıb.


Təlimdə 600-ə yaxın hərbçi iştirak edir. Məlumatda bildirilib ki, hərbi tədbirə dəniz piyadalarının tağımlarına aid "Ataman Platonov" desant kateri, "Serna" tipli 4 desant kateri və 50-dən artıq döyüş və xüsusi texnika cəlb edilib.


Təlimdə kəşfiyyat materiallarına əsasən, dəniz sahilindəki şərti qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirliməsi ilə bağlı əməliyyat keçirilib.


Qanunsuz silahlılar "rolunda" dəniz piyadalarının şəxsi heyəti çıxış edib.