Dünya

​Dağıstanda məscid dörd dəqiqəyə yanaraq külə dönüb

Metbuat.az

Bakı. 10 aprel. REPORT.AZ/ Dağıstanın Kizlyar şəhərində məsciddə yanğın baş verib. Yanğınsöndürənlər yanğın baş verdiyi andan dörd dəqiqə sonra hadisə yerində olsalar da, bina tamamilə yanıb.


"Report" xəbər verir ki, bu barədə cümə günü Rusiya

Fövqəladə Hallar Nazirliyi

nin Dağıstan Respublikası üzrə Baş İdarəsinin rəis müavini Oleq Xəlilov məlumat verib.


Onun sözlərinə görə, ikimərtəbəli binada alışqan materiallar çox olub.


Hazırda yanğının səbəbləri araşdırılır. Dəyən maddi ziyan müəyyən edilir.