Dünya
Dağıstanda İŞİD-ə qarşı əməliyyat keçirilib
Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın xüsusi təyinatlıları Daağıstan Muxtar Respublikasının Xasavyurt şəhərində İŞİD silahlılarına aid evi məhv edib.
"Report" xəbər verir ki, bu haqda "CNNTürk" məlumat yayıb.
Əməliyyat nəticəsində İŞİD-in Dağıstandakı önəmli adamlarından sayılan Şaban Qasanov və bir neçə silahdaşı öldürülüb.
Xatırladaq ki, xüsusi təyinatlıların evi atəşə tutması videoya alınıb.