Dünya

Dağıstanda Doku Umarovun davamçısı öldürüldü

Metbuat.az

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Dağıstanda “Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarovun davamçısı Əliashab Kebekov öldürülüb.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Antiterror Komitəsi də təsdiq edib.

Komitənin məlumatında deyilir: "Məhv edilmiş quldurlar bunlardır: 1972-ci il təvəllüdlü Əliashab Kebekov – “Qafqaz əmirliyi” terror təşkilatının rəhbəri Doku Umarovun zərərsizləşdirilməsindən sonra onu əvəzləmişdi; 1982-ci il təvəllüdlü Şamil Hacıyev – respublikanın Untsukul rayonu ərazisində gizli silahlı qruplaşmaya rəhbərlik edirdi. 1980-ci il təvəllüdlü Omar Maqomedov – gizli qruplaşmanın Dağıstandakı “mərkəzi sektoru”nun rəhbəri olub.

Beləliklə, “Qafqaz əmirliyi” terror təşkilatının və Şimali Qafqaz ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbərliyi məhv olunub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az