Dünya

Dağıstanda baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb

Metbuat.az

[ 01 Aprel 2015 21:55 ]



Bakı-APA.  Dağıstanda bu gün baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in məlumatında bildirilib.  Qəza yerli vaxtla 15.00 radələrində (Bakı vaxtı ilə 17.00) Dağıstanın Serqokalinski rayonu ərazisində

“Lada-Kalina, “VAZ 2114” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə məlumatda bildirilir.

Hadisə  ilə bağlı araşdırma aparılır.