Ölkə
Mənbə
ANS PRESS
Çörəyin içindən canlı siçan çıxdı (VİDEO)
Dükanların birində satılan çörək paketindən çıxan siçan ərlə arvadı şoka salıb. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Andrey Odel adlı şəxs Fecebook səhifəsində bildirib ki, arvadı ilə birlikdə aldığı çörəyin içində diri siçan çıxıb. Siçan çörək torbasının içində olub.
Bunu görən ər və arvad tez hadisəni foto və videosunu çəkərək paylaşıblar.
Andrey Odelin sözlərinə görə, həyat yoldaşı hamilədir.O, çörəyin içindəki siçanı görəndən sonra iştahı kəsilib.
ANS PRESS həmin görüntüləri təqdim edir:
ANS PRESS