Çindən Tehrana yaşıl işıq
İran İslam Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) təsisçi üzv kimi qəbul olunub.
ANS PRESS-in məlumatına görə, bu barədə banka rəhbərlik edən Çin mətbuatı xəbər yayıb.
Bildirilir ki, AİİB-in 26 üzvü hər iki ölkəni təsisçi üzv kimi qəbul etməyə razılıq verib. Bu bankın üzvləri sırasında Almaniya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya və Hindistan yer alır. MDB ölkələrindən isə Qazaxıstan, Tacikistan və Özbəkistan bankın təsisçi üzvləridir. Rusiya, Qırğızıstan, Azərbaycan və Gürcüstan banka üzv olmaq ərizələri versələr də, hələ bununla bağlı qərar verilməyib.
Ekspertlərin fikrincə, ABŞ-ın AİİB-ə qoşulması gözlənilən deyil. Çünki bu maliyyə qurumuna Dünya Bankı, Asiya İnvestisiya Bankı kimi köklü təsisatların mümkün rəqibi kimi baxılır.
Dünya Bankının sədri Jim Yong Kim AİİB-i inkişaf edən dünyada “böyük yeni oyunçu” adlandırıb.
MənbəANS PRESS