Çində tramvaylar hidrogen yanacağı ilə işləyəcək
Bakı, 8 aprel,
AZƏRTACÇinlilər hidrogenlə işləyən tramvay quraşdırıblar. Tsindaoda yerləşən lokomotivqayırma şirkətində hidrogen yanacaq elementləri ilə işləyən tramvay işə salınıb. Hələlik yalnız Çində belə texnologiya vardır. Xarici kütləvi informasiya vasitələri yazır ki, texnoloqlar tramvayda yanacaq batareyalarından uğurla istifadə etmək üçün onun konstruksiyasının təkmilləşdirilməsində bir çox əngəlləri aradan qaldırmalı olublar.
Hidrogen balonlarının materialı 1000 kiloqrama bərabər çox yüksək təzyiqdə dağılmayan karbon liflərdəndir. Balonların içərisindəki yanacaq elementlərinin elektrik cərəyanı hasil edən batareyalarına (qaz sızmasını aşkar edən 2 səviyyəli sistemi olan), elektrik enerjisi isə elektrik mühərrikinə nəql olunur. Ən böyük müsbət cəhət budur ki, yanacaq elementləri Selsi şkalası üzrə 100 dərəcədən artıq qızmır və atmosferi azot oksidi ilə çirkləndirmir. Yanacaq elementlərinin bütün tullantıları təmiz sudur.
Tramvayı hidrogenlə təchiz etmək üçün cəmi üç dəqiqə vaxt sərf etmək lazımdır və bu qədər yanacaqla saatda maksimum 70 kilometr sürətlə 100 kilometr məsafə qət etmək olar. Çin mühəndisləri hesablayıblar ki, tramvay xətlərinin uzunluğunun 15 kilometr olduğu nəzərə alınarsa, dairəvi marşrut üzrə üç reys üçün tramvaya bir dəfə yanacaq vurulması kifayət edər.
Tramvayın üç vaqonu var və onların hər birində ən azı 60 nəfər sərnişini rahat daşımaq mümkündür. “Pik” saatlarda tramvay təqribən 380 sərnişin daşımağa qadirdir. Eksperimental marşrutlar yəqin ki, Şanxayın və Pekinin dəmiryol xətlərində keçiriləcəkdir. Sərnişinlər üçün rahatlıq platforma tələb etməyən nəqliyyat vasitəsinin alçaq konstruksiyasındadır.