Dünya

Çində qızı xilas etməyə çalışan bütün ailə boğularaq həlak olub

Metbuat.az


Bakı, 6 aprel,

AZƏRTAC

Çinin cənub əyaləti olan Quandunun Şantou şəhər dairəsində 17 yaşlı qız əlini yuyan zaman su anbarına düşüb. Onu xilas etməyə çalısan ailənin yeddi üzvü suda boğularaq həlak olub.


AZƏRTAC

Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, aralarında ailə üzvlərinin də olduğu qızın qohumları onu xilas etmək ümidi ilə suya atılıb və nəticədə özləri də boğulublar.


Faciə ailə üzvləri Çində ənənəvi olan məzarları təmizləmə günündə əcdadlarının məzarlarını sahmana saldıqdan sonra qəbiristanlıqdan qayıdan zaman baş verib. Yerli hökumətdən verilən məlumata görə, həlak olanların arasında 13 və 15 yaşlarında iki azyaşlı uşaq da olub.