Dünya

​Çində avtobus çaya düşüb, 20-dən artıq ölən var

Metbuat.az

Bakı. 5 aprel. REPORT.AZ/ Ötən gün axşam saatlarında Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Bitsze dairəsində sərnişin avtobusu uçurumdan yuvarlanaraq çaya düşüb.


"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 20-dən artıq insan həyatını itirib.


Hadisə nəticəsində sağ qalan bir neçə sərnişin xəstəxanaya yerləşdirilib.


Avtoqəza faktı ilə bağlı araşdırma aparılır.