Dünya

Çində avtobus çaya düşdü, 14 ölü

Metbuat.az

Çinin Quyçjou əyalətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Bitse dairəsində qeydə alınıb.

Naməlum səbəbdən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və  çaya düşüb. Nəticədə 14 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.