Ölkə

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 19 nəfər tutulub

Metbuat.az


Bakı, 11 aprel,

AZƏRTAC

Aprelin 10-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 61 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.