Ölkə
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutulub
Bakı, 9 aprel,
AZƏRTACAprelin 8-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 56 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.