Dünya

Çin ordusu sərhəddə

Metbuat.az

Çin Silahlı Qüvvələrinin nəhəng hərbi qruplaşması Myanma sərhədinə cəmləşdirilib.



ANS PRESS-in məlumatına görə, bu barədə Çinin "Sina" xəbər portalı məlumat yayıb.



Xəbərə görə, Çin Hərbi Hava Qüvvələrinin gücləndirilmiş qruplaşması Rusiya istehsalı olan Su 27, Çin istehsalı Tszyan 11 (Su 27-nin "klonu") və Tszyan 7 (onun prototipi Rusiyanın MiQ-21-dir) hərbi təyyarələri ilə təchiz edilib. Bu qrup mütəmadi olaraq Myanma sərhədləri boyu hərəkət edir.



Bundan əlavə, sərhədyanı ərazini "Kuntszin-200" uzaq mənzilli radiolokasiya təyyarələri patrul edir.



"Sina"nın xəbərinə görə, bu hərbi qruplaşma Çinin cənub-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək qabiliyyətinə malikdir. Radiolokasiya sistemləri 400 metr radiusunda bütün hava hədəflərini aşkar və məh etməyə qadirdir.

Mənbə
ANS PRESS