Ölkə
Çilçırağın içərisində marixuana gətirənlər yaxalanıb
Bakı, 14 aprel,
AZƏRTAC
İrandan Azərbaycana gələn sürücü və onun köməkçisinin sərhəddən çilçırağın içərisində marixuana keçirmək cəhdlərinin qarşısı alınıb.
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində Hafiz Qəhrəmani və Emin Mehtiyevin idarə etdikləri “Skania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, baxış zamanı avtobusun yük yerindəki çilçırağın içərisindən 2 ədəd bükümdə çəkisi 15,42 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.