Dünya

Çexlərin əksəriyyəti prezident seçkilərinin birbaşa keçirilməsinin tərəfdarıdırlar

Metbuat.az

Praqa, 13 aprel,

AZƏRTAC

Çexiya radiosunun sifarişi ilə “Median” agentliyi tərəfindən keçirilən tədqiqata əsasən, çexlərin təqribən 80 faizi ölkədə prezident seçkilərinin birbaşa keçirilməsinin tərəfdarıdır.


Çexiya başçısının ilk ümumxalq seçkiləri 2013-cü ildə baş tutub. Birbaşa seçkilər zamanı cəmiyyətin, bəzi hallarda isə hətta ailələrin və dostların bir neçə düşərgəyə bölünməsinə baxmayaraq, Çexiya Respublikasının vətəndaşları dövlət başçısının bu yolla seçilməsini istəyirlər.


KİV-lərdə bəzi seçkiqabağı kampaniyaların qeyri-şəffaf maliyyələşdirilməsi və ya müstəqil namizədlər irəli sürülməsinə dəstək olaraq imzalar toplanması qaydası ilə bağlı kəskin tənqidi çıxışlar yer alır.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa