Dünya
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Çexiyanın maliyyə naziri ən populyar siyasətçidir
Çexiyanın “STEM” agentliyinin apardığı ictimai rəy sorğusunun nəticələrinə görə, maliyyə naziri Andrey Babiş Çexiyanın ən məşhur siyasətçısi olaraq qalır. Respondentlərin 64 faizi ona rəğbət bəsləyir. 54 faiz tərəfdaşı olan Baş nazir Boquslav Sobotka ikinci yerdə, səslərin 52 faizini toplayan müdafiə naziri Martion Stropnitski üçüncü yerdədir. Çexiya siyasətçilərindən daha heç biri 50 faizlik həddi keçməyib.
Agentliyin analitiklərinin fikrincə, sorğu liderlərinin populyarlığının azalması meyli hiss olunur. Ötən ilin yanvarında aparılan analojı anketləşdirmənin nəticələri ilə müqayisədə Andrey Babiş səslərin səkkiz faizini, Boquslav Sobotka isə doqquz faizini itirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa