Ölkə

Çexiyanın baş naziri: Rusiyaya qarşı sanksiyalar ilin sonunadək uzadıla bilər

Metbuat.az

[ 17 Aprel 2015 00:59 ]



Bakı-APA. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları, çox güman ki, ilin sonunadək uzada bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın baş naziri Boquslav Sobotka bildirib.   

“Biz Rusiyaya qarşı sanksiyaların 2015-ci ilin sonunadək uzadılacağını gözləyirik”, deyə o mətbuat konfransında bildirib.  

Onun sözlərinə görə, Minsk sazişinin müddəaları yerinə yetirilməyincə Aİ sanksiyaları ləğv etməyəcək.