Ölkə

Çexiyalı professor tələbələrə praktik çex dili fənnini tədris edəcək

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Bakı Slavyan Universiteti (BSU) dünyanın tanınmış ali təhsil ocaqları ilə əlaqələrini genişləndirməkdə davam edir. Bu ali məktəbin Çexiyanın qabaqcıl ali təhsil müəssisələrindən olan Karlov Universiteti ilə əməkdaşlıq haqqında bağladığı müqaviləyə əsasən professor İvana Bozdexova iki həftə BSU-da tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin çex dili ixtisası üzrə təhsil alan tələbələrinə praktik çex dili fənnini tədris edəcək.


BSU-dan

AZƏRTAC

-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Asif Hacıyev qonağa rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetin beynəlxalq əlaqələri, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzi barədə məlumat verib.


Azərbaycana ilk dəfə gəldiyini söyləyən çexiyalı qonaq Bakının yüksək inkişafına heyran qaldığını bildirib, onu Avropanın diqqət mərkəzində olan məşhur şəhərləri ilə müqayisə edib.


Görüşdə əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi barədə danışıqlar aparılıb.