Dünya

Çexiya prezidenti Moskvadakı Qələbə paradında iştirak etməyəcək

Metbuat.az
Çexiya prezidenti Miloş Zeman mayın 9-da Moskvanın Qızıl meydanında keçiriləcək Qələbə paradında iştirak etməyəcək
APA

-nın RBK-ya istinadən yaydığı xəbərə görə,

Miloş Zeman

qələbənin 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak üçün Moskvaya getsə də, hərbi parada qatılmayacaq. Bu barədə prezidentin mətbuat katibi

Yirji Ovçaçek

açıqlama verib. O deyib ki, parad davam edərkən M.Zeman Slovakiyanın baş naziri

Robert Fitso

ilə görüş keçirəcək.



Xatırladaq ki, səfərlə bağlı Çexiya prezidenti ilə ABŞ-ın Praqadakı səfiri arasında narazılıq yaranıb. ABŞ səfiri

Endryü Şapiro

bildirib ki, M.Zemanın Rusiyaya səfəri Qərbin Ukrayna ilə bağlı vahid mövqeyinə zərbə vuracaq. M.Zeman isə səfir sərt cavab verərək bundan sonra onu öz iqamətgahına buraxmayacağını söyləyib.



Milli.Az