Ölkə

Cənubi Koreya jurnalında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Metbuat.az

[ 03 Aprel 2015 19:33 ]



Bakı – APA. Cənubi Koreyanın “Future Korea” həftəlik jurnalının mart buraxılışında səfir Rəmzi Teymurovun “Çoxmədəniyyətli, çoxdinli və təbii resursla zəngin bir ölkə” başlıqlı müsahibəsi dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsahibədə ölkəmizin qədim tarixi və mədəniyyəti, strateji coğrafi mövqeyi və hazırkı iqtisadi vəziyyəti, o cümlədən zəngin turizm imkanları və infrastrukturu, ölkəmizdə mövcud olan etnik və dini müxtəliflik haqqında ətraflı məlumat verilib.

Məqalədə həmçinin Azərbaycan-Koreya münasibətlərindən bəhs olunub, iki ölkə arasında siyasi, iqtisadi,  mədəni, elm və texnologiya və sair sahələr üzrə ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb.