Dünya

Cəmil Çiçək Rusiyaya səfər etdi

Metbuat.az

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri

Cəmil Çiçək

Rusiya Federasiyasına rəsmi səfərə gedib.



APA

-nın “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, C.Çiçək Moskvada Rusiya Dövlət Dumasının sədri

Sergey Narışkin

, Federasiya Şurasının sədri

Valentina Matviyenko

və digər rəsmi şəxslərlə görüşəcək.



Moskvadakı proqramını tamamladıqdan sonra C.Çiçək Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşəcək. O, Kazanda Tatarıstan prezidenti

Rüstəm Minnixanov

və Tatarıstan Dövlət Şurasının sədri

Fərid Muxamedşin

ilə görüşlər keçirəcək. TBMM ilə Tatarıstan Dövlət Şurası arasında Memorandum imzalanması gözlənilir. C. Çiçəyin Kazan Universitetində çıxışı da nəzərdə tutulub.



Milli.Az