Digər
ANS PRESS
Cəmil Çiçək Rusiyaya getdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Rusiyaya səfər edib. ANS PRESS-in məlumatına görə, onu bir qrup millət vəkili müşayiət edir.
O, 14-16 apreldə Moskva və Kazanda bir neçə görüşlər keçirəcək.
Məlumata görə, Çiçək Dövlət Dumasının sədri Sergey Narışkin və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə bir araya gələcək.
Moskvadakı görüşlərdən sonra TBMM rəhbəri Tatarıstana yola düşəcək. Burada o Tatarıstanın başçısı Rüstəm Minnihanov və dövlət şurasının sədri Fərid Muhammədşinlə görüşəcək.
Tərəflər arasında qarşılıqlı əlaqələrə dair memorondumun imzalanması nəzərdə tutulur.
MənbəANS PRESS