Ölkə

Cəmil Çiçək: "Avropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir"

Metbuat.az

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir.

Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək bildirib.

O qeyd edib ki, Ankara Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsini qəbuledilməz sayır: “Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmağa və müştərək komissiya yaratmağa hazırdır. Amma Ermənistan bu təklifi rədd edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan dünyanın 1915-ci il hadisələri barədə gerçəkləri öyrənməsindən ehtiyat edir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az