İdman
"Çelsi" bu xəbərlə sarsıldı
Daha öncə "Çelsi"nin forvardı Dieqo Kostanın dizaltı vətərindən zədə aldığı haqda xəbər vermişdik.
Metbuat.az-ın məlumatına görə, ispan futbolçunun komandanın qarşıdakı 4 matçında oynamayacağı dəqiqləşib. Belə olan halda, hücumçunu "Kvins Park", "Mançester Yunayted", "Arsenal" və "Lester Siti" ilə oynanılacaq görüşlərdə meydanda görə bilməyəcəyik.
Cari mövsümdə Premyer Liqada 24 matçda forma geyən Kostanın aktivində 19 qol, 3 məhsuldar ötürmə var.