Cəlilabadın Əliabad kəndində torpaq qazıntısı zamanı qeyri-adi daşlar tapılıb
Cəlilabad, 18 aprel, Bağır Əliyev,
AZƏRTACCəlilabad rayonunun Əliabad kənd sakini Həbib Şahverdiyev idarə etdiyi ekskavatorla kəndin ərazisindən keçən çayın hövzəsində qazıntı işləri apararkən maraqlı daşlar aşkar edib.
AZƏRTAC
xəbər verir ki, onlardan ən böyük daşın üzərindəki ürək və göz təsviri diqqəti çəkir. Daşın səthində zədənin olmaması və çay yatağının 2 metr dərinliyindən tapılması təsvirin onun üzərinə süni yolla çəkilmədiyinə dəlalət edir.
H.Şahverdiyev həmin ərazidə maraqlı forma quruluşuna malik daha 4 daş aşkar edib. Bu daşlardan ikisi kürə, biri dairə formasında olsa da, digəri rənginə və formasına görə yumurtaya bənzəyir.
Onun sözlərinə görə, qeyri-adi daşları tanıdığı mütəxəssislərə də göstərib və məlum olub ki, bu təsvirlər tamamilə təbii proseslər nəticəsində yaranıb.
Daşların qeyri–adi forması və üzərindəki ürək və göz rəsmi görənlərin marağına səbəb olduğu üçün H.Şahverdiyev onları evində
qoruyub saxlayır.