Ölkə

Cəlilabad rayonunun Sabirabad kəndində küp-qəbir aşkar edilib

Metbuat.az

Cəlilabad, 3 aprel, Bağır Əliyev,

AZƏRTAC

Cəlilabad rayonunun Sabirabad kəndindəki örüş sahəsində küp-qəbir aşkar edilib.


AZƏRTAC

xəbər verir ki, yerli sakinlər qədim dövrə aid iri küpün əvvəlcə təndir olduğunu zənn ediblər. Lakin, yağış sularının axması nəticəsində küpün basdıqıldığı yerdə iri çöküntünün əmələ gəlməsi əsl mətləbi üzə çıxarıb.


Diametri 2 metrə yaxın olan küpün içərisində insan sümüklərinin qalıqları ilə yanaşı, məişətdə istifadə olunan kiçik ölçülü küplər də aşkarlanıb.


Tarixçilərin fikrincə, qəbirin su hövzəsinə yaxın yerdə tapılması buranın qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.


Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev bildirib ki, eramızın əvvəllərinə aid olduğu güman edilən maddi-mədəniyyət nümunələri toplanaraq araşdırılması üçün Bakı şəhərinə göndərilcək. Yaxın vaxtlarda isə həmin ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxxəsisləri tərəfindən arxeoloji təqiqatların aparılması gözlənir.