Dünya

Cəlalabadda partlayış: 33 ölü

Metbuat.az

Əfqanıstanın şərqində, Nanqarxar əyalətinin Cəlalabad şəhərində iki partlayış baş verib. "Reuters" agentliyinin məlumatına görə, partlayışlar nəticəsində azı 33 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.



Partlayışların şəhərin mərkəzindəki bankın yaxınlığında törədildiyi bildirilib.



Birinci partlayışdan sonra xeyli insan yaralılara köməyə gəlib, bu zaman ikinci partlayış törədilib. Bu səbəbdən insan itkisinin sayı çox olub.



Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Bu barədə "Pajvak" agentliyi qruplaşmanın regiondakı liderinə istinadla məlumat yayıb.

Mənbə
Reuters