Cəbhə xəttində yerləşən kəndlərin problemləri həll olunur
Tərtər, 22 aprel,
AZƏRTACƏhalinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq yerlərdə sakinlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir.
AZƏRTAC
xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti görüş cəbhə xəttində yerləşən Qaraağacı kəndində keçirilib.
Sakinlər kənddə əhalinin həyat şəraitindən və mövcud problemlərdən söz açıb, Qaraağacı kənd tam orta məktəbinin əsaslı təmir olunması, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, suvarma suyuna tələbatın ödənilməsi üçün əlavə iki subartezian quyusunun qazılmasını təklif ediblər.
Görüşdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Sonra rayon rəhbərliyi ön xətdə yerləşən Qapanlı kəndində gələrək, yerli əhalinin problemləri və qayğıları ilə maraqlanıb.