Ölkə

Carnegie Tədqiqat Təqaüd Proqramının təqdimatı olub

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Avrasiya və Şərqi Avropa Tədqiqat işləri üzrə Milli Şurası ilə birgə həyata keçirdiyi Carnegie Tədqiqat Təqaüd Proqramının (Carnegie Research Fellowship Program) təqdimatı keçirilib.


Akademiyadan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə AMEA-nın rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin, innovasiya şöbəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.


Təqdimat mərasimində proqramın əlaqələndiricisi Aleksey Xarlamov layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, proqram çərçivəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdən olan, humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən mütəxəssislər ABŞ-ın müxtəlif universitetlərində tədqiqat imkanlarından faydalanmaq və həmin ali məktəblərdə dörd ay müddətində elmi-tədqiqat işi aparmaq imkanı qazanacaqlar. Proqramın mahiyyəti, onlayn ərizə prosesi, viza, son müraciət tarixi barədə məlumatları diqqətə çatdıran qonaq qeyd edib ki, proqram çərçivəsində iştirakçılar 15-30 səhifəlik elmi məqalə yazacaq, öz regionlarında ali təhsilin inkişafına töhfə vermək məqsədi ilə mühazirələr oxuyacaqlar.


Sonra geniş fikir mübadiləsi aparılıb, A.Xarlamov iştirakçıların suallarını cavablandırıb.