Ölkə

Cari ilin üç ayında Tovuzda 81 nəfər işlə təmin olunub

Metbuat.az

Tovuz, 6 aprel,

AZƏRTAC

Tovuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.


Rayon məşğulluq mərkəzindən

AZƏRTAC

-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında görülən tədbirlər nəticəsində məşğulluq mərkəzinə müraciət edən 342 nəfərdən 81-i işlə təmin olunub. Onlardan da 42 nəfəri qadınlardır.


Bundan əlavə, üç ayda 8 nəfərə işsizlik statusu verilib, 9 nəfərə isə müavinət ödənilib.