Digər
Mənbə
BVF-nin keçmiş rəhbərinin başına oyun açdılar
İspan siyasətçisi, BVF-in keçmiş rəhbəri Rodrigo Rato fırıldaq və çirkli pulların yuyulması ittihamları ilə tutulub.
ANS PRESS-in məlumatına görə, vergi polisi Ratonun Madriddəki evində axtarış aparıb.
Lakin o bir neçə saatdan sonra heç bir rəsmi ittham təqdim olunmadan azadlığa buraxılıb.
66 yaşlı Rato BVF-ə 2004-2007-ci illərdə rəhbərlik edib. Bundan əvvəl o İspaniya Xalq Partiyasının tanınmış üzvlərindən olub. O keçmiş baş nazir Jose Maria Aznarın mühafizəkar hökumətində maliyyə naziri işləyib.
Qeyd edək ki, Rato artıq 2012-ci ildən İspaniyanın Bankia kredit bankının rəhbəri kimi təhqiqat altında idi. Hazırda Rato məhz bu bankdakı fəaliyyətinə görə şübhəli sayılır.
Onun özü bütün iddiaları rədd edir.
Mənbə