Ölkə
Buzovna qəsəbəsində evdə partlayış baş verib
Bakı, 2 aprel,
AZƏRTAC
Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qaz sızmasından partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində dağıntı olmayıb. Yanıq xəsarətləri alan Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.