İdman
AZƏRTAC
Buxarestdə bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Bakı, 1 aprel,
AZƏRTACAprelin 3-dən 5-dək Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanı turnirdə Marina Durunda və Gülsüm Şərifzadə (şəxsi birincilikdə), habelə Əfşan Bayramova, Zeynəb Hələb və Jalə Piriyeva (yuniorkaların turnirində) təmsil edəcəklər.