Ölkə

Bu yollarda sürət həddi salındı (FOTO, VİDEO)

Metbuat.az

Paytaxt yollarında sürət həddi aşağı salınıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq, bəzi yollarda avtomobillərin sürət həddinə məhdudiyyətlər qoyulub.



Böyükşor-Hava limanı - Bigəh, Zığ dairəsi - Hava Limanı avtomobil avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb.



Belə ki 120km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.



Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.







Mənbə
ANS PRESS