Digər

"Bu yanlış yoldur"

Metbuat.az

“Bir çox hallarda Avropa və ABŞ-dakı proseslərə, neqativ hallara göz yumanlar başqa ölkələrdəki problemləri daha çox qabartmağa meylli olurlar. Hesab edirəm ki, bu yanlış yoldur”. Milli.Az xəbər verir ki, bunu

SİA

-ya Böyük Quruluş Partiyasının sədri, deputat

Fazil Mustafa

deyib.



Deputat qeyd edib ki, xarici dairələrin Azərbaycanda insan haqlarının pozulmasına dair tutduqları mövqe ilə bağlı tənqidi məqamlar çoxdur.



F.Mustafa belə xarici dairələrə ölkə içindən verilən dəstəkdən də danışıb: “Belə yanaşmalar ölkəmizin maraqlarına xidmət etmir. Avropa Oyunları bir zaman yekunlaşacaq. Amma bu iz qalacaq. Vətən, millət, dövlət üçün təbliğat baxımından faydalı olan tədbirlərdə belə insanlar yanlış bir yol tuturlar. Ona görə də siyasətçi belə izi buraxmamalıdır. Bizdə həmrəylik ruhunu qaldırmaq lazımdır. Elə məsələlər var ki, onlar qlobaldır və hamının ortaq nöqtəyə gəlməsi vacibdir. Hesab edirəm ki, bu belə məsələlərdə siyasi hesablar aparılmamalıdır. Ölkənin ümumi maraqları naminə birləşməyi bacarmalıdır”.



Milli.Az