Dünya

Bu ölkədə dolları olmayanlar yandı

Metbuat.az

Türkiyədə dollar rekord dərəcədə bahalaşıb.



ANS PRESS-in məlumatına görə, dolların məzənnəsi 2,65 lirəni keçərək tarixi zirvəsinə çatıb.



Belə ki, hazırda Türkiyədə 1 dollar 2,6570 lirə təşkil edir. Bundan əvvəl isə Türkiyədə 1 dollar 2, 6481 lirəyə dəyişdirilirdi.



Qeyd edək ki, Türkiyədə dollar martın əvvəllərində 2.53 lirə təşkil edirdi. Ümumiyyətlə, bu ölkədə dolar gündən-günə bahalaşır.



Türk iqtisadçı-ekspertlər hesab edirlər ki, dolların bundan sonra da bahalaşma ehtimalı böyükdür. Onların sözlərinə görə, dünyada gedən bir sıra proseslərin dolların müxtəlif ölkələrdə bahalaşmasına səbəb olub.

Mənbə
ANS PRESS