Bu ilin I rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1600-dən çoxu tam reabilitasiya olunub
[ 20 Aprel 2015 11:27 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1 627 nəfəri tam, 1 118 nəfər hissəvi reabilitasiya olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2% olmaqla, hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib.
Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1 515 nəfər (44,4%) azalıb.
Cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1 227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6 354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.