Bu çay qarın piylərini əridir
Daha incə bədən quruluşuna sahib olmaq üçün təbiətin möcuzələrindən istifadə edin. Milli.Az
publika.az-a istinadən bildirir ki, mütəxəssislər tərxun çayının qarın piylərini əritməkdə çox effektli olduğunu söyləyirlər.
Türkiyəli dietoloq Səlahəttin Dönməz qarın yağlarını əritmək üçün tərxun çayının möcüzəli xüsusiyyətlərindən istifadə etməyi tövsiyə edir. O: “Bu çay ilə artıq yağlardan xilas olmağınız mümkündür. Əlbəttə, yeməyinizə diqqət etmək və hərəkətsiz qalmamaq şərtilə istədiyiniz nəticəni daha tez əldə bilərsiniz”, - deyib.
Bu çay həm qarın yağlarını əridir, həm də yağlanmanın qarşısını alır. Dietoloq Səlahəttin Dönməzin resepti olan tərxun çayının hazırlaması son dərəcə bəsitdir.
Tərkibi:
1 ədəd limon qabığını rəndələyin
1 ovuc içi qədər təzə tərxun
1 ovuc içi qədər təzə adaçayı
1 çimdik quru cökə yarpaqları
1 çay qaşığı mixək
Hazırlanması:
Bütün bitkiləri çini, ya da şüşə bir çaydana tökün. Üzərinə 2 stəkan qaynanmış su əlavə edin. Çaydanın qapağını bağlayıb dəmə qoyun. Yeməkdən əvvəl bir fincan için.
Bu çay şəkərsiz içilir.
Milli.Az